İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

      Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının XXVIII ildönümünə həsr olunmuş konfrans və “Xocalı Soyqırımını Unutma” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

       Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gəncliyə Yardım ‎Fondunun   prezidenti Ahmet Tecim, Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinın mətbuat katibi Hüseyn Altınalan, TRT kanalının Azərbaycandakı nümayəndəsi Murat Aksoy,  Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, Azərbaycan bayrağı ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, valideyn, müəllimlər və gənclər iştirak etmişlər.

       Öncə  şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və Xocalı soyqrımına həsr edilmiş vidoçarx nümayiş edilib.

     Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulamışlar, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər. Şanlı Aprel döyüşlərindən, ordumuzun uğur zəfəri haqqında da bir daha konfrans iştirakşılarını məlumatlandırıblar.

       Daha sonra inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırlıb. I yerə Qaradağ rayonu 139 saylı orta məktəbin  şagirdi Ülviyyə Rəhimova, II yerə Yasamal rayonu 158 saylı orta məktəbin  şagirdi Nərmin Mirzəyeva, III yerə isə Nəsimi rayonu 16 saylı  Texniki-Humanitar Liseyinin  şagirdi Nilufər Hüseynli layiq görüldülər.  Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort