Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı «Mahir nişançı» devizi altında güllə atıcılığı üzrə yarış keçirilib.

Səbail rayon  rayon Gənclər və İdman İdarəsi rayon məktəbləri arasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı «Mahir nişançı» devizi altında güllə atıcılığı üzrə yarış keçirilib. Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak edib. Tərkibi 5 nəfərdən – 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə atıcılıq xəttinə çıxıb və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərin 5 dəfə atəş açmışlar.  Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi  Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləmiş, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən ediblər.

Atıcılıq yarışlarının final turniri Dövlət Bədən Tərbi1yəsi  və İdman Akademiyasında keçirilib. Finala vəsiqə qazanan 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətldərini göstəriblər.

Səbail rayonunun məktəblərinin komandalarının   yarışına  yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 7 saylı orta məktəbin, 2-ci yerə 50 saylı orta məktəbin və 3-cü yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülüblər. Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilibdir.
Yarışda  I, II və III yerləri tutmuş komandalar  müvafiq dərəcəli diplomlar və   qiymətli hədiyyələrə layiq görülüblər.