XXV SPARTAKİADANIN DAMA YARIŞI BAŞA ÇATDI

    Respublika Şahmat Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXV spartakiadanın proqramına daxil olan dama növü üzrə yarış keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər (onlardan 22 nəfəri qızlardır) məktəbli iştirak etmişdir. Yarışın nəticələrinə görə I yerə Sabunçu rayonu 169 №-li tam orta məktəbin, II yerə Səbail rayonu 189 №-li tam orta məktəbin, III yerə Qaradağ rayonu 106 №-li tam orta məktəbin, IV yerə Xəzər rayonu 206 №-li tam orta məktəbin, V yerə Yasamal rayonu 13 №-li tam orta məktəbin, VI yerə Xətai rayonu 138 №-li tam orta məktəbin, VII yerə Nizami rayonu 227 №-li tam orta məktəbin, VIII yerə Suraxanı rayonu 76 №-li tam orta məktəbin, IX yerə Binəqədi rayonu 284 №-li tam orta məktəbin, X yerə Nəsimi rayonu 9 №-li tam orta məktəbin və XI yerə Nərimanov rayonu 258 №-li tam orta məktəbin komandaları layiq görülmüşlər.

   Yarışın bağlanış mərasimində spartakiadanın baş hakimi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev, spartakiadanın baş katibi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər iştirak etmişlər. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort