XXV spartakiadanın proqramına daxıl olan basketbol (oğlanlar arasında) növü üzrə yarış sona çatmışdır.

  Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın proqramına daxıl olan basketbol (oğlanlar arasında) növü üzrə yarış sona çatmışdır. Nəsimi rayonu ərazisində yerləşən 164 nömrəli tam orta məktəbin idman zalında keçirilən 1998-99-cu il təvəllüdlü oğlanlar arasında basketbol yarışında I yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, II yeri Yasamal rayonu Bakı Avropa Liseyinin komandası, III yeri Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin komandası, IV yeri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin komandası, V yeri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin komandası, VI yeri Nizami rayonu 229 nömrəli tam orta məktəbin komandası, VII yeri Səbail rayonu 189 nömrəli tam orta məktəbin komandası, VIII yeri Xətai rayonu 204 nömrəli tam orta məktəbin komandası, IX yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, X yeri Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin komandası, XI yeri Xəzər rayonu 26 nömrəli tam orta məktəbin komandası tutmuşlar.

   XXV spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar arasında), basketbol (qızlar və oğlanlar arasında), dördnövçülük (qızlar və oğlanlar arasında) növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 25 xalla I yerdə, Nərimanov rayonu 38 xalla II yerdə, Qaradağ rayonu 47 xalla III yerdə, Xəzər rayonu 49 xalla IV yerdə, Səbail rayonu 52 xalla V yerdə, Xətai rayonu 57 xalla VI yerdə, Nizami rayonu 70 xalla VII yerdə, Suraxanı rayonu 75 xalla VIII yerdə, Yasamal rayonu 76 xalla IX yerdə, Binəqədi rayonu 85 xalla X yerdə və Nəsimi rayonu 105 xalla XI yerdə qərarlaşmışlar.