XXV spartakiadanın proqramına daxıl olan mini-futbol növü üzrə yarışa start verilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  həyata keçirdiyi tədbirlər planına əsasən 14 may 2013-cü il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 47 nömrəli tam orta məktəbin mini-futbol meydançasında Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın proqramına daxıl olan mini-futbol növü üzrə yarışa start verilmişdir. 2002-2003-cü il təvəllüdlü oğlanlardan ibarət Bakının 11 rayon komandası arasında yarışlar 2 qrupda – A və B qruplarında dairəvi sistem üzrə keçiriləcəkdir. Yarışın açılış mərasimində Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın baş hakiminin müavini, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən mini-futbol yarışlarının böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, komandalara uğurlar arzulamışlar.