XXV spartakiadanın stolüstü tennis yarışı başa çatdı.

11 dekabr 2012-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən 258 №-li tam orta məktəbin idman zalında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXV spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə keçirilən yarış başa çatmışdır. Yarışda 10 rayon komandası tərkibində 50 nəfər (onlardan 20 nəfəri qızlardır) məktəbli iştirak etmişdir. Yarışın nəticələrinə görə I yerə Nərimanov rayonu 258 №-li tam orta məktəbin, II yerə Qaradağ rayonu 273 №-li tam orta məktəbin, III yerə Sabunçu rayonu 169 №-li tam orta məktəbin, IV yerə Suraxanı rayonu 85 №-li tam orta məktəbin, V yerə Nizami rayonu 229 №-li tam orta məktəbin, VI yerə Xətai rayonu 269 №-li tam orta məktəbin, VII yerə Xəzər rayonu 183 №-li tam orta məktəbin, VIII yerə Binəqədi rayonu 267 №-li məktəb-liseyin, IX yerə Səbail rayonu 236 №-li tam orta məktəbin, X-XI yerlərə Yasamal rayonu “Gənc İstedadlar” liseyinin və Nəsimi rayon komandaları layiq görülmüşlər.

    Yarışın bağlanış mərasimində XXV spartakiadanın baş hakiminin müavini, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, XXV spartakiadanın baş katibi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər iştirak etmişlər. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

      XXV spartakiadanın dama, şahmat və stolüstü tennis növləri üzrə yarışlarından sonra Qaradağ rayonu 8 xalla I yeri, Sabunçu rayonu 9 xalla II yeri, Səbail rayonu 12 xalla III yeri, Nizami rayonu 16 xalla IV yeri, Xəzər rayonu 17 xalla V yeri, Nərimanov rayonu 18 xalla VI yeri, Suraxanı rayonu 19 xalla VII yeri, Xətai rayonu 25 xalla VIII yeri, Binəqədi rayonu 25 xalla IX yeri, Yasamal rayonu 28 xalla X yeri və Nəsimi rayonu 37 xalla XI yeri tuturlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort