XXVI SPARTAKİADANIN DAMA YARIŞI BAŞA ÇATDI

19 noyabr 2013-cü il tarixdə Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan dama növü üzrə yarışın final oyunları keçirilmişdir. Yarışda 10 rayon komandası tərkibində 60 nəfər (onlardan 20 nəfəri qızlardır) iştirak edir. Yarışın nəticəsinə görə I yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, II yeri I yeri Səbail rayonu 189 nömrəli tam orta məktəbin komandası, III yeri Xəzər rayonu 117 nömrəli tam orta məktəbin komandası, IV yeri Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin komandası, V yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, VI yeri Nərimanov rayonu 193 nömrəli tam orta məktəbin komandası, VII yeri Nizami rayonu 129 nömrəli tam orta məktəbin komandası, VIII yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, IX yeri Yasamal rayonu 150 nömrəli tam orta məktəbin komandası, X yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası və XI yeri Binəqədi rayonu 30 nömrəli tam orta məktəbin komandası tutmuşlar.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Qaliblərimizi təbrik edirik.