XXVI SPARTAKİADANIN DÖRDNÖVÇÜLÜK (QIZLAR VƏ OĞLANLAR) ÜZRƏ YARIŞI BAŞA ÇATDI

   Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan dördnövçülük (qızlar və oğlanlar arasında) növü üzrə yarışı keçirilmişdir.
Qızlar arasında yarışın nəticəsinə görə I yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, II yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, III yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, IV yeri Xəzər rayonu 232 nömrəli tam orta məktəbin komandası, V yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası, VI yeri Nizami rayonu 220 nömrəli tam orta məktəbin komandası, VII yeri Səbail rayonu 7 nömrəli tam orta məktəbin komandası, VIII yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası, IX yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, X yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası və XI yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası tutmuşlar.
Oğlanlar arasında yarışın nəticəsinə görə I yeri Nizami rayonu 214 nömrəli tam orta məktəbin komandası, II yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonu 319 nömrəli tam orta məktəbin komandası, IV yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası, V yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, VI yeri Xəzər rayonu 26 nömrəli tam orta məktəbin komandası, VII yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası, VIII yeri Səbail rayonu 190 nömrəli tam orta məktəbin komandası, IX yeri Xətai rayonu 138 nömrəli tam orta məktəbin komandası, X yeri Yasamal rayonu 173 nömrəli tam orta məktəbin komandası və XI yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar) və dördnövçülük (qızlar və oğlanlar) növləri üzrə yarışlarından sonra Qaradağ rayonu 29 xalla I yeri, Nizami rayonu 29 xalla II yeri, Nərimanov rayonu 34 xalla III yeri, Xətai rayonu 35 xalla IV yeri, Səbail rayonu 38 xalla V yeri, Xəzər rayonu 38 xalla VI yeri, Suraxanı rayonu 39 xalla VII yeri, Sabunçu rayonu 40 xalla VIII yeri, Yasamal rayonu 63 xalla IX yeri, Binəqədi rayonu 65 xalla X yeri və Nəsimi rayonu 72 xalla XI yeri tutur.