XXVI SPARTAKİADANIN ŞAHMAT YARIŞI BAŞA ÇATDI

Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarışın final oyunları keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası, II yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, III yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası, IV yeri Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin komandası, V yeri Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandası, VI yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, VII yeri Xəzər rayonu 181 nömrəli tam orta məktəbin komandası, VIII yeri Yasamal rayonu 167 nömrəli tam orta məktəbin komandası, IX yeri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbin komandası, X yeri Sabunçu rayonu 271 nömrəli tam orta məktəbin komandası və XI yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXVI spartakiadanın dama və şahmat növləri üzrə yarışlarından sonra Nərimanov, Səbail və Qaradağ rayonları 7 xalla I – III yerləri, Suraxanı rayonu 8 xalla IV yeri, Xəzər və Nizami rayonları 10 xalla V – VI yerləri, Sabunçu rayonu 11 xalla VII yeri, Xətai rayonu 14 xalla VIII yeri, Yasamal rayonu 17 xalla IX yeri, Binəqədi rayonu 23 xalla X və Nəsimi rayonu 24 xalla XI yeri tutur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort