XXVI SPARTAKİADANIN VOLEYBOL (OĞLANLAR) YARIŞI BAŞA ÇATDI

  Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan voleybol (oğlanlar arasında) növü üzrə yarışın final oyunları keçirilmişdir.
Yarışın nəticəsinə görə I yeri Xətai rayonu 138 nömrəli tam orta məktəbin komandası, II yeri Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin komandası, III yeri Xəzər rayonu 117 nömrəli tam orta məktəbin komandası, IV yeri Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası, V yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası, VI yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası, VII yeri Qaradağ rayonu 180 nömrəli tam orta məktəbin komandası, VIII yeri Nərimanov rayonu 291 nömrəli “Araz” Ekologiya Liseyinin komandası, IX yeri Yasamal rayonu Bakı Avropa Liseyinin komandası, X yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası və XI yeri Sabunçu rayonu 309 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Əbdülov Salman və Baş İdarənin aparıcı məsləhətçisi, mandat komissiyasının sədri Əlizadə Cəlil qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXVI spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar) növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 19 xalla I yeri, Nizami rayonu 22 xalla II yeri, Səbail rayonu 23 xalla III yeri, Xətai rayonu 24 xalla IV yeri, Qaradağ rayonu 25 xalla V yeri, Xəzər rayonu 28 xalla VI yeri, Sabunçu rayonu 32 xalla VII yeri, Suraxanı rayonu 32 xalla VIII yeri, Yasamal rayonu 44 xalla IX yeri, Binəqədi rayonu 48 xalla X yeri və Nəsimi rayonu 53 xalla XI yeri tutur.
Qaliblərimizi təbrik edirik.