XXVI spartakiadaya start verildi

12 noyabr 2013-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində paytaxt məktəbliləri arasında keçirilən XXV spartakiadanın bağlanışına və XXVI spartakiadanın açılışına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Baş İdarənin rəis müavini Yusifov Aydın, sektor müdiri – rəis müavini Əliyev Rəşad, sektor müdiri, Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın baş hakimi Ağayev Adil, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın baş katibi Sultanova Valentina, paytaxtın rayon Gənclər və İdman İdarələrinin rəhbər şəxsləri və digər rəsmi şəxslər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan A.Yusifov Bakı şəhər məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək təhsil prosesinin forma və metodlarını, sinifdənkənar və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini təkmilləşdirmək məqsədilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən birgə təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq məktəblilər arasında bir çox idman növləri üzrə yarışlardan ibarət təşkil olunub keçirilən spartakiadanın kütləviliyinə görə olduqca önəmli tədbir olduğunu vurğulamışdır. Çıxış edənlər spartakiadanın proqramına əsasən olimpiya idman növlərinin cəlb olunmasını, həmin yarışlarda da yeniyetmələrin iştirakının nəzərdə tutulmasını, bunun da uşaq və yeniyetmələrin kütləvi idman yarışlarında əldə etdikləri nəticələrdən asılı olaraq mütəxəssislərin iştirakı və müşahidələri ilə geniş seleksiya işlərinin aparılaraq onların gələcəkdə böyük idmana cəlb olunmasında böyük rol oynamasını bildirmişlər. Baş İdarənin əməkdaşı Əbdülov Salman 2012-2013-cü tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında keçirilən XXV spartakiadanın yekunları ilə əlaqədar geniş məlumat verdi.

XXV spartakiadanın yekun nəticələrinə əsasən I yeri tutmuş Sabunçu rayonu Gənclər və İdman İdarəsi, II yeri tutmuş Nərimanov rayonu Gənclər və İdman İdarəsi və III yeri tutmuş Xəzər rayonu Gənclər və İdman İdarəsi Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla və kuboklarla təltif edilmişlər.

Tədbirin sonunda 2013-2014-cü tədris ili müddətində Bakı şəhər məktəbliləri arasında keçiriləcək XXVI spartakiadaya start verildi.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort