XXVII SPARTAKİADANIN ŞAHMAT YARIŞI BAŞA ÇATDI

  26 noyabr 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarışın final mərhələsi keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər (onlardan 22 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandası, II yeri Xəzər rayonu 181 nömrəli tam orta məktəbin komandası, III yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası, IV yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, V yeri Sabunçu rayonu 72 nömrəli tam orta məktəbin komandası, VI yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası, VII yeri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin komandası, VIII yeri Yasamal rayonu Bakı Avropa Liseyinin komandası, IX yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, X yeri Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin komandası və XI yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Yasamal rayonu Bakı Avropa Liseyinin komandası VII – VIII yerlər uğrunda yarışda iştirak etməmiş, komandaya VIII yer və 2 cərimə xalı verilmişdir.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini Əbdülov Salman, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi Sultanova Valentina və yarışların baş hakimi Məmmədzadə Nurəli qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
XXVII spartakiadanın dama və şahmat növləri üzrə yarışlarından sonra Səbail rayonu 2 xalla I yeri, Xəzər rayonu 6 xalla II yeri, Sabunçu rayonu 7 xalla III yeri, Nərimanov rayonu 9 xalla IV yeri, Xətai rayonu 9 xalla V yeri, Nəsimi rayonu 11 xalla VI yeri, Suraxanı rayonu 13 xalla VII yeri, Nizami rayonu 18 xalla VIII yeri, Yasamal rayonu 19 xalla IX yeri, Qaradağ rayonu 19 xalla X yeri və Binəqədi rayonu 24 xalla XI yeri tutur.