XXVII SPARTAKİADANIN VOLEYBOL (OĞLANLAR) ÜZRƏ YARIŞI BAŞA ÇATDI

  Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan oğlanlar arasında voleybol növü üzrə yarış keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri Xətai rayonu 221 nömrəli tam orta məktəbin komandası, II yeri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin komandası, III yeri Səbail rayonu 50 nömrəli tam orta məktəbin komandası, IV yeri Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin komandası, V yeri Qaradağ rayonu 180 nömrəli tam orta məktəbin komandası, VI yeri Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin komandası, VII – VIII yerləri Nəsimi rayonu 211 nömrəli tam orta məktəbin və Sabunçu rayonu 307 nömrəli tam orta məktəbin komandaları, IX yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, X – XI yerləri Nizami və Xəzər rayonlarının komandaları tutmuşlar.
XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar), basketbol (oğlanlar), voleybol (qızlar) və voleybol (oğlanlar) növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 24 xalla I yeri, Səbail rayonu 28 xalla II yeri, Xətai rayonu 29 xalla III yeri, Sabunçu rayonu 33 xalla IV yeri, Suraxanı rayonu 44 xalla V yeri, Yasamal rayonu 50 xalla VI yeri, Nəsimi rayonu 52 xalla VII yeri, Qaradağ rayonu 52 xalla VIII yeri, Binəqədi rayonu 57 xalla IX yeri, Xəzər rayonu 58 xalla X yeri və Nizami rayonu 82 xalla XI yeri tutur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort