XXVII SPARTAKİADANIN VOLEYBOL (QIZLAR) ÜZRƏ YARIŞI BAŞA ÇATDI

Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan qızlar arasında voleybol növü üzrə yarış keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, II yeri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin komandası, III yeri Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası, IV yeri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin komandası, V yeri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin komandası, VI yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, VII yeri Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin komandası, VIII yeri Qaradağ rayonu 180 nömrəli tam orta məktəbin komandası, IX – XI yerləri Nəsimi rayonu 8 nömrəli tam orta məktəbin, Nizami rayonu 145 nömrəli tam orta məktəbin və Xəzər rayonunun komandaları tutmuşlar.
XXVII spartakiadanın dama, şahmat, stolüstü tennis, basketbol (qızlar), basketbol (oğlanlar) və voleybol (qızlar) növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 22 xalla I yeri, Sabunçu rayonu 23 xalla II yeri, Səbail rayonu 25 xalla III yeri, Xətai rayonu 28 xalla IV yeri, Suraxanı rayonu 36 xalla V yeri, Yasamal rayonu 41 xalla VI yeri, Nəsimi rayonu 42 xalla VII yeri, Xəzər rayonu 44 xalla VIII yeri, Qaradağ rayonu 47 xalla IX yeri, Binəqədi rayonu 53 xalla X yeri və Nizami rayonu 68 xalla XI yeri tutur.