XXVIII SPARTAKİADANIN VOLEYBOL (oğlanlar) YARIŞI BAŞA ÇATDI

  Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan oğlanlar arasında voleybol yarışının final oyunları keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 132 nəfər iştirak etmişdir.
Yarışın nəticəsinə görə I yeri Xətai rayonunu təmsil edən 138 nömrəli tam orta məktəbin komandası, II yeri Qaradağ rayonunu təmsil edən 180 nömrəli tam orta məktəbin komandası, III yeri Xəzər rayonunu təmsil edən 149 nömrəli tam orta məktəbin komandası, IV yeri Binəqədi rayonunu təmsil edən 314 nömrəli tam orta məktəbin komandası, V yeri Sabunçu rayonunu təmsil edən 169 nömrəli tam orta məktəbin komandası, VI yeri Yasamal rayonunu təmsil edən Fizika – Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin komandası, VII yeri Nizami rayonunu təmsil edən 145 nömrəli tam orta məktəbin komandası, VIII yeri Səbail rayonunu təmsil edən 236 nömrəli tam orta məktəbin komandası, IX yeri Suraxanı rayonunu təmsil edən 278 nömrəli tam orta məktəbin komandası, X yeri Nərimanov rayonunu təmsil edən 212 nömrəli tam orta məktəbin komandası, XI yeri Nəsimi rayonunu təmsil edən Bakı Anadolu Türk Liseyinin komandası tutmuşlar.
Yarışları Azərbaycan Voleybol Federasiyasının hakimi Samir Nəbiyevin rəhbərliyi ilə hakimlər kollegiyası idarə etmişdir.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVIII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVIII spartakiadanın baş katibi Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.
XXVIII spartakiadanın şahmat, stolüstü tennis, basketbol (oğlanlar), voleybol (qızlar) və voleybol (oğlanlar) növləri üzrə yarışlarından sonra Xətai rayonu 12 xalla I yeri, Sabunçu rayonu 22 xalla II yeri, Qaradağ rayonu 24 xalla III yeri, Yasamal rayonu 26 xalla IV yeri, Nəsimi rayonu 32 xalla V yeri, Nərimanov rayonu 34 xalla VI yeri, Nizami rayonu 35 xalla VII yeri, Suraxanı rayonu 36 xalla VIII yeri, Binəqədi rayonu 38 xalla IX yeri, Səbail rayonu 39 xalla X yeri və Xəzər rayonu 51 xalla XI yeri tutur.