XXVIII SPARTAKİADANIN VOLEYBOL (qızlar) YARIŞI BAŞA ÇATDI

   Nərimanov rayonu ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan qızlar arasında voleybol yarışının final oyunları keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 132 nəfər iştirak etmişdir.
Yarışın nəticəsinə görə I yeri Xətai rayonunu təmsil edən 138 nömrəli tam orta məktəbin komandası, II yeri Səbail rayonunu təmsil edən 236 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonunu təmsil edən 180 nömrəli tam orta məktəbin komandası, IV yeri Sabunçu rayonunu təmsil edən 169 nömrəli tam orta məktəbin komandası, V yeri Yasamal rayonunu təmsil edən 13 nömrəli tam orta məktəbin komandası, VI yeri Suraxanı rayonunu təmsil edən 76 nömrəli tam orta məktəbin komandası, VII yeri Nərimanov rayonunu təmsil edən 291 nömrəli “Araz” Ekologiya Liseyinin komandası, VIII yeri Xəzər rayonunu təmsil edən 149 nömrəli tam orta məktəbin komandası, IX yeri Nəsimi rayonunu təmsil edən Elitar Gimnaziyanın komandası, X yeri Binəqədi rayonunu təmsil edən 299 nömrəli məktəb – liseyin komandası, XI yeri Nizami rayonunu təmsil edən 61 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Yarışları Azərbaycan Voleybol Federasiyasının hakimi Samir Nəbiyevin rəhbərliyi ilə hakimlər kollegiyası idarə etmişdir.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVIII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVIII spartakiadanın baş katibi Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.
XXVIII spartakiadanın şahmat, stolüstü tennis, basketbol (oğlanlar) və voleybol (qızlar) növləri üzrə yarışlarından sonra Xətai rayonu 11 xalla I yeri, Sabunçu rayonu 17 xalla II yeri, Yasamal rayonu 20 xalla III yeri, Nəsimi rayonu 21 xalla IV yeri, Qaradağ rayonu 22 xalla V yeri, Nərimanov rayonu 24 xalla VI yeri, Suraxanı rayonu 27 xalla VII yeri, Nizami rayonu 28 xalla VIII yeri, Səbail rayonu 31 xalla IX yeri, Binəqədi rayonu 34 xalla X yeri və Xəzər rayonu 48 xalla XI yeri tutur.