Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

   Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-cı illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən mini-futbol meydançasında keçirilmişdir. Yarışmada I yeri Olimp komandası, II yeri Qarabağ komandası, III yeri Araz komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər.

   Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.