Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

    Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006-2007-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Yasamal rayonu 21 nömrəli tam orta məktəbin futbol meydançasında keçirilmişdir. Yarışmada I yeri Spartak komandası, II yeri Yasamal komandası, III yeri Xəzər komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.