Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2003-2004-cü illər təvəllüdlü uşaqlar arasında keçirilən turnir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Babayev Çingiz Adil oğlunun xatirəsinə həsr edilmişdir. Turnirin oyunları Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən mini-futbol meydançasında və 21 nömrəli tam orta məktəbin futbol meydançasında keçirilmişdir. Yarışmanın 3-cü yer uğrunda oyununda Karvan və İnter komandaları əsas hissəni 2 – 2 hesabı ilə başa vurmuş, 7 metrlik zərbələr nəticəsində Karvan komandası 5 – 4 hesabı ilə qalib gəlmişdir. Yasamal və Şahdağ komandaları arasında keçirilən final oyununda Yasamal komandası 9 – 4 hesabı ilə qalib gəlmişdir. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Babayevin atası Adil Babayev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, həmçinin Milli Qəhrəman Çingiz Babayevin vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar vermişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort