Yasamal rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub

       Bu gün Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

      Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi İlham Qasımzadə, siyasi partiyaların, ictimai təşkilatların və QHT-lərin nümayəndələri,  idarə, müəssisə və təşkilatlarda çalışan gənclər iştirak ediblər.

     Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüblər.

       Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. O, hesabat məruzəsi ilə çıxış edərək rayonda bu sahədə görülən işlər barədə məlumat verib. Azərbaycan Gəncləri Günü münasibətilə idarə tərəfindən keçirilən tədbirlərin rayon gənclərinin böyük marağına səbəb olduğu diqqətə çatdırılıb.

   Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev  çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində gənclərə yüksək diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin bu diqqət və qayğını uğurla davam etdirməsi nəticəsində gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, yüksək ixtisaslı mütəxəssislər kimi yetişərək ölkəmizin inkişafında mühüm rol oynayırlar.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bu gün Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib. Bildirib ki, bu gün qarlı-şaxtalı havada səngərlərdə Vətənimizin keşiyini çəkən, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan Raqif Abbasov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib.

    Sonda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən, habelə bir sıra müsabiqələrin qalibləri olan bir qrup gənc  fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif ediliblər.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort