YASAMAL RAYONUNDA MƏKTƏBLİ OĞLANLAR MÜKAFATLANDIRILDILAR

        Yasamal rayonu 167 nömrəli tam orta məktəbdə Bakı şəhər məktəbliləri arasında atletika dördnövçülüyü üzrə turnirdə üçüncü yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Yasamal yaronu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Yasamal rayonu 167 nömrəli tam orta məktəbin direktoru Vaqif Quliyev, qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

      Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.