“Yaxşıların yaxşısı 2012″ mükafatının təqdimetmə mərasimi keçirilmişdir

412002_445205655528568_1160918307_o  20 dekabr 2012-ci il tarixdə “Excelsior” Hoteldə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən 2012-ci ilin yekunlarına dair “Yaxşıların Yaxşısı – 2012” mükafatının təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə Milli OLimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, aparatın rəhbəri Fuad Hacıyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova, BŞGİBİ-nin rəisi Raqif Abbasov, millət vəkilləri və digər rəsmi qonaqlar, həmçinin Qeyri Hökümət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, İdman Federasiyaları, kütləvi informasiya vasitələri, idman klubları, idman cəmiyyətləri iştirak etmişdilər.Mərasim Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunub.

  Tədbirdə Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmiş, ölkəmizdə uğurlu idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır.  Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova çıxış edərək Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən uğurlu işlərdən danışmış və cari ilin BŞGİBİ üçün uğurlu oldugunu demişdir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə cari ildə Azərbaycan olimpiyaçılarının qazandıqları nailiyyətlər barədə məlumat vererək qeyd etmişdir ki, bu il ölkə idmanının tarixində mühüm hadisələrlə yadda qalacaqdır.

  Tədbir boyunca foto-hesabat nümayiş etdirildi. Daha sonra il ərzində gənclər və idman sahəsində fərqlənmiş bir qrup fəal gənc, idmançılar, qeyri-hökümət təşkilatları, tələbə gənclər təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, , federasiyalar və həmçinin mədəniyyət sahəsində fəaliyyət göstərən gənclər “Yaxşıların Yaxşısı – 2012” mükafatı  ilə təltif olundular.  Tədbir konsert proqramı ilə davam etmışdır.