Yaz çağırışına həsr olunmuş VMH poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən yаz çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m, 2000 m məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növlərindən ibarət olmuşdur. Yekun nəticələrə əsasən komanda hesabında I yeri 567 xalla Binəqədi rayon komandası, II yeri 536 xalla Xətai rayon komandası, III yeri 445 xalla Yasamal rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri 155 xalla Həsənli Rəfael (Binəqədi rayonu), II yeri 137 xalla Rzayev Əli (Xətai rayonu), III yeri 134 xalla Alidarov Sultan (Suraxanı rayonu) tutmuşlar.