Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyinə həsr edilmiş mini futbol turniri yekunlaşmışdır

   24 oktyabr 2012-ci il tarixdə Bağça-Məktəb-Lisey Kompleksin futbol meydançasında Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatı Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyinə həsr edilmiş rayon ərazisində fəaliyyət göstərərn ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə turnirə yekun vurulmuşdur. Turnirin III yer uğrunda oyununda “Odlar Yurdu” Universitetinin – “Təfəkkür” Universitetinin komandaları və final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının – Azərbaycan Turizm İnstitutun komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. III yer uğrunda keçirilən oyunda 3:0 hesabi ilə “Odlar Yurdu” Universitetinin komandası qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda 6:4 hesabi ilə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası qalib gələrək turnirin qalibi adını qazanmışdır. Tələbələr arasında keçirilən turnirdə 8 komanda tərkibində 80 nəfər iştirak etmişdir.

   Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir.

   Tədbirdə Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında mini-futbol turnirinin böyük rol oynadığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort