“Yeni Ümidlər” adlı rəsm işlərindən ibarət sərgi keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında gənc həvəskar rəssamların və “Abşeron Yaradıcılıq Qrupu” üzvlərininnn “Yeni Ümidlər” adlı rəsm işlərindən ibarət sərgi keçirilmişdir. Tədbirdə Abşeron Rəsm qalereyasının direktoru  Eldəniz İbrahimov, Baş İdarənin rəis müavini Aydın Yusifov, xalq rəssamı Arif Hüseynov, İçərişəhər Tarixi Memarlıq Qoruq İdarəsi Elmi Mədəni Mərkəzin şöbə müdiri Akif Rzayev iştiak etmişlər.

“Yeni Ümidlər” adlı keçirilən rəsm sərgisində 15 nəfər gənc rəssamın 50 -dən çox rəsm işi nümayiş etdirilmişdir. Rəsm işləri rəngkarlıq və qrafika texnologiyası üzrə işlənmiş və burada milli motivlər, portretlər, Azərbaycan təbiəti və mənzərələri əks olunmuşdur. Sərgiyə baxış keçiriləndən sonra gənc rəssmlar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.