Yeniyetmə və gənclərin rəsm işlərindən ibarət sərgisi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında “Böyük sənət astanası” layihəsi çərçivəsində  yeniyetmə və gənclərin rəsm işlərindən ibarət sərgisi keçirilmişdir. Tədbirdə Abşeron Rəsm Qalereyasının direktoru  Eldəniz İbrahimov, Baş İdarənin rəis müavini Aydın Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov iştiak etmişlər.

   Rəsm sərgisində 35 nəfər gənc rəssamın 50 -dən çox rəsm işi nümayiş etdirilmişdir. Rəsm işləri rəngkarlıq və qrafika texnologiyası üzrə işlənmiş və burada milli motivlər, portretlər, Azərbaycan təbiəti və mənzərələri əks olunmuşdur. Sərgiyə baxış keçiriləndən sonra gənc rəssmlara Baş İdarə tərəfindən sertifikatlar və xatirə hədiyyələri təqdim olunmuşdur.