Yeniyetmələr arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.  Birincilikdə Neftçi İSM, Təhsil RİM, Rabitə İK, DİN İC, Qızıl Əlcək İK, Qalib İK, ROİL, UGİM-8, AzTU, Turan İK, Hövsan OİK, Lokomotiv, Sərhədçi İOM -nı təmsil edən 110 nəfər idmançı 19 çəki üzrə mübarizə aparmışdır. Yekun nəticələrə görə I yerə 37 kq çəki dərəcəsi üzrə Nəsirov Kənan (DİN), 38,5 kq çəki dərəcəsi üzrə Heydərov Pərvin (Qızıl Əlcək), 40 kq çəki dərəcəsi üzrə Rüstəmli Ruslan (Rabitə İK), 41,5 kq çəki dərəcəsi üzrə Mustafayev Ramazan (ROİL), 43 kq çəki dərəcəsi üzrə Məhərrəmov Nurlan (ROİL), 44,5 kq çəki dərəcəsi üzrə Məmmədov İmaməli (DİN İC), 46 kq çəki dərəcəsi üzrə Sadıqzadə Seyidrza (Neftçi İSM), 48 kq çəki dərəcəsi üzrə Xankişizadə Babək (Neftçi İSM), 50 kq çəki dərəcəsi üzrə Qzıbəyov Bəxtiyar (Rabitə), 52 kq çəki dərəcəsi üzrə Musayev Zaur (Turan İK), 54 kq çəki dərəcəsi üzrə Məlikov Şaiq (Rabitə), 56 kq çəki dərəcəsi üzrə Yusifov Məcid (Hövsan OİK), 59 kq çəki dərəcəsində Bilalov İlham (Neftçi İSM), 62 kq çəki dərəcəsi üzrə İsmayılzadə Kənan (Rabitə), 65 kq çəki dərəcəsi üzrə Əlizadə Qərib (Neftçi İSM), 68 kq çəki dərəcəsi üzrə Məmmədov Azər (DİN), 72 kq çəki dərəcəsi üzrə Rzayev Kərəm (Neftçi İSM), 76 kq çəki dərəcəsi üzrə Əliyev Həmid (Neftçi İSM), +76 kq çəki dərəcəsi üzrə Abdullayev Məhəmməd (Təhsil RİM) layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.