Yeniyetmələr arasında boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir

    Bakı şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında  boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 158 idmançı mübarizə aparmışdır. Nəticələrə görə 44 kq çəki dərəcəsində Rüfət Fətulayev (Rabitə İK), 46 kq çəki dərəcəsində Maksud Xasmetov (Rabitə İK), 48 kq çəki dərəcəsində Murad Zeynalov (Gəncə), 50 kq çəki dərəcəsində Murad Mirzəyev (Rabitə İK), 52 kq çəki dərəcəsində Rəşid Həsənov (Rabitə İK), 54 kq çəki dərəcəsində Elşən Cəbizadə  (Tərtər), 57 kq çəki dərəcəsində Elmir Novruzov (Sumqayıt), 60 kq çəki dərəcəsində Rüfət Mustafazadə (Qızıləlcək İK), 63 kq çəki dərəcəsində Nicat Tağızadə (Sumqayıt), 66 kq çəki dərəcəsində Rüfət Nəbiyev  (Ağdaş), 70 kq çəki dərəcəsində Ziya Rəhimli (Sumqayıt), 75 kq çəki dərəcəsində Murad Allahverdiyev (Tərtər), 80 kq çəki dərəcəsində Adil Vəliyev (UGİM-8),  +80 kq çəki dərəcəsində Vüqar Səmədov (Qəbələ İK) I yerlərə layiq görülmüşlər.

   I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.