Yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur.

 

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Şagan Olimpiya İdman Kompleksində 2001-02-ci il və 2003-04-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur. Birincilikdə 10 №-li UGİM, 14 №-li UGİM, 11 №-li UGİM, Abşeron  Zirvə İK, MOİK, ROİL, İnter İK, 13 №-li UGİM, Lokomotiv İSM, Atilla İK, Umid İK, Bakı PİK, Təhsil RİM, Qəbələ İK, Zenit İC, Ruslan İSM, Turan İK, Piral İSM, Sərhədçi İOM, FHN İSK, Elxan İK, Tovuz r-nu, Balaxanı İdman Zalı, Judo Club 2012 İK, Republika Kompleks İdman Məktəbi, Cahan İK, DİN İC, Şuşa RGİİ-nın UGİM və İppon İK-nı təmsil edən 535 nəfər idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışlar.

    Nəticələrə görə 2001-02-ci il təvəllüdlü yeniyetmələr arasında  30 kq çəki dərəcəsində Salayev Rəşad (Zenit İC), 34 kq çəki dərəcəsində Təhməzzadə Məhəmməd(Təhsil RİM), 38 kq çəli dərəcəsində Qasımov Hacıalı (11 №-li UGİM), 42 kq çəki dərəcəsində Rüstəmov Röyal (Şuşa İK), 46 kq çəki dərəcəsində Allahyarov Yusif (13 №-li UGİM), 50 kq çəki dərəcəsində Cabbarov Yusif (Lider İK), 55 kq çəki dərəcəsində Soltanlı Seymur (Roil), 60 kq çəki dərəcəsində Rüstəmzadə Fəxri (13 saylı UGİM), 66 kq çəki dərəcəsində Omarov Elcan (Təhsil RİM), +66 kq çəki dərəcəsində İsmayılov Yaqub (Lokomotiv İSM)  I yerlərə layiq görülmüşlər.

    2003-04-cü il təvəllüdlü yeniyetmələr arasında isə 24 kq çəki dərəcəsində Həsənov Emin (Zirvə İK), 27 kq çəki dərəcəsində Abdullayev Teyyub (Təhsil RİM), 30 kiq çəki dərəcəsində Piriyev Samir (13 №-li UGİM), 34 kq çəki dərəcəsində Hümbətov Elmir (13 №-li UGİM), 38 kq çəki dərəcəsində Andarov Raul (13 №-li UGİM), 42 kq çəki dərəcəsində Rüstəmzadə Əli (Təhsil RİM), 46 kq çəki dərəcəsində Ovçuyev Binnət (Lider İK), 50 kq çəki dərəcəsində Aydəmirov Rəsul (13 №-li UGİM), 55 kq çəki dərəcəsində Paşazadə Rəşadət (Qəbələ İK), +55 kq çəki dərəcəsində Əliyev Səid (Təhsil RİM)  I yerlərə layiq görülmüşlər.

     I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.