Yeniyetmələr arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində  200o-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sambo  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 10 çəki dərəcəsi üzrə 141 nəfər idmançı mübarizə aparmışdır.

    Yekun nəticələrə əsasən  yarışda 48 kq çəki dərəcəsində I yerə Orxan Qəhrəmanov (Neftçi İKİB), 52 kq çəki dərəcəsində I yerə Hacalı Qasımov (6№-li İOEUGİM), 56 kq çəki dərəcəsində I yerə Sübhan İsrafilli (6№-li İOEUGİM), 60 kq çəki dərəcəsində I yerə Əjdər Əsədov (6№-li İOEUGİM), 65  kq çəki dərəcəsində I yerə Vüsal Mürsəqulov (Yasamal Sambo İK), 70 kq çəki dərəcəsində I yerə Adil Adilzadə (Neftçi İKİB), 75 kq çəki dərəcəsində I yerə Ağami Məmmədov (Neftçi İKİB), 81 kq çəki dərəcəsində I yerə Vüqar Ağayev (Zenit İC), 87 kq çəki dərəcəsində I yerə Xəlil Cəlilzadə (Alov İK), +87 çəki dərəcəsində I yerə Elvin Tarverdiyev (Yasamal Sambo İK) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.