Yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr  arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

    Yarışda 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Neftçi İKİB, Xəzri, DİN İC, ROİL, 6№-li UGİM, Pəhləvan İK, Azəri İK, Hövsan OİK, Gömrükçü İK, Nardaran, Zenit İC, Həyat İK-nı təmsil edən 255 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 42 kq çəki dərəcəsində  Elmir Cəlilov (Azəri), 46 kq çəki dərəcəsində Mürşüd Hüseynov (Azəri), 50 kq çəki dərəcəsində Ramin Əzimov  (Nardaran), 54 kq çəki dərəcəsində Məmməd Əhmədov (Təhsil RİM), 58 kq çəki dərəcəsində Elmar Kazımov (Azəri), 63 kq çəki dərəcəsində Elvin Dünyamalıyev (Zenit İC), 69 kq çəki dərəcəsində Hüseyn Əmir (Şağan OİK), 76 kq çəki dərəcəsində Fuad Mayılov (Azəri), 85 kq çəki dərəcəsində Pərviz Həsənov (Xəzri İK), 100 kq çəki dərəcəsində Ayaz İsmayılov (Azəri ) I yerə layiq görülmüşlər. Komanda hesabında isə Azəri İK I yerə çıxmışdır.

    Yunan-roma güləşi üzrə Neftçi İKİB,  DİN İC, ROİL, 6№-li UGİM, MOİK, Pəhləvan İK, Lokomotiv İK, Gömrükçü İSM, Bakı GK, Spartak İC, Məhsul İC, Hövsan OIK, Pirallahı OIK, Cəngi GK,  Gənclik İK, Olimp GK, 2№-li RİOEUGİM-i təmsil edən 282 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsində Həsrət Cəfərov (ROİL), 46 kq çəki dərəcəsində Elmir Əliyev (Neftçi İKİB), 50 kq çəki dərəcəsində Həsən Kərimli  (Neftçi İKİB), 54 kq çəki dərəcəsində Mirağa Yusifov (ROİL), 58 kq çəki dərəcəsində Vəfadar Cəfərov (ROİL), 63 kq çəki dərəcəsində Sənan Abdullazadə (Bakı), 69 kq çəki dərəcəsində Elxan Rəfiyev (ROİL), 76 kq çəki dərəcəsində Fikrət Vəliyev (Neftçi İKİB), 85 kq çəki dərəcəsində Əliheydər Əliyev (Gömrükçü), 100 kq çəki dərəcəsində Sərxan Məmmədov (Həyat) I yerə layiq görülmüşlər. Komanda hesabında isə Neftçi İKİB I yerə çıxmışdır.

     Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar növbəti açıq Respublika turnirinə vəsiqə əldə etmişlər.

      Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort