Zəfər Gününə həsr edilən fudokan üzrə açıq Bakı çempionatı və birinciliyinin açılış mərasimi keçirilib

      Sərhədçi Olimpiya İdman Mərkəzində Zəfər Gününə həsr edilən fudokan üzrə açıq Bakı çempionatı və birinciliyinin açılış mərasimi keçirilib.
            Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
            Açılış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov xalqımızın Vətən müharibəsində qazanılmış Qələbənin ildönümünü bu günlərdə böyük qürurla qeyd etdiyini bildirib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz bir il bundan əvvəl şanlı Qələbə qazanaraq torpaqlarımızı düşmən işğalından azad edib. 44 günlük Vətən müharibəsində gənclərimiz böyük şücaət göstəriblər. Uşaq, yeniyetmə və gənclər arasında start götürən yarışda hər bir idmançı qələbə əzmi ilə mübarizə aparır. Zəfər Günü ərəfəsində bu yarışın təşkilində əsas məqsəd şəhidlərimizi yad etmək, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək, onların yarış təcrübəsini daha da zənginləşdirməkdir”.
          Dünya Fudokan Federasiyasının Azərbaycan üzrə rəsmi təmsilçisi və səlahiyyətli nümayəndəsi, Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə Vətən müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində keçirilən yarışın əhəmiyyətini vurğulayıb: “Xalqımız bu tarixi Qələbənin ildönümünü böyük qürur hissi ilə qeyd edir. Zəfər Günü ərəfəsində uşaq, yeniyetmə və gənc fudokançılar arasında təşkil edilən bu yarış idmançılar üçün böyük önəm daşıyır. Bu gün hər bir fudokançı potensialından maksimum istifadə edərək qələbə üçün meydana çıxır”.
      Müdafiə Nazirliyinin məsul əməkdaşı polkovnik-leytenant Fariz Qəhrəmanov, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım, şəhid Muxtar Qasımlının anası Almaz xanım, şəhid polkovnik- leytenant Rəşad Quliyevin anası Mətanət xanım, şəhid İzzət Həmidovun anası Vəfa xanım, Rövşən Nuruzadənin atası Əli kişi, qazi Amin Musayev çıxış edərək Vətən müharibəsində qazanılmış Qələbənin Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildiriblər.
              Sonra şəhid anaları, ataları, qazilər və eləcə də fudokanın inkişafında xidmətləri olan bir sıra şəxslərə fəxri diplom və “Dəmir yumruq” xatirə medalı təqdim edilib.
                 Açılış mərasimi başa çatdıqdan sonra yarışın final görüşlərinə start verilib.
                Qeyd edək ki, bu gün uşaq, yeniyetmə və gənc fudokançılar arasında keçirilən yarışda Bakı, Sumqayıt, Gəncə, Ağstafa, Cəlilabad, Qobustan, Biləsuvar, Xaçmaz, Sabirabad və digər rayon, şəhərlərdən idmançılar iştirak edirlər.
             Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort