“Sosial şəbəkələrin gündəlik həyatımızda rolu və bloqçuluq” mövzusunda təlim keçirilib.

Dekabrın 22-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sosial şəbəkələrin gündəlik həyatımızda rolu və bloqçuluq” mövzusunda təlim keçirilib.
Tədbirdə BŞGİİ-nin əməkdaşları Rüfət Əhmədov, Həmid-Xan Tahirli, Nail Bağırzadə, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Gənclərin Töhvəsi İctimai Birliyinin İcraçı direktoru Məhsəti Hüseynova, Davam Gənclər Hərəkatının Ali Təhsil müəsisələri üzrə meneceri Zakir Quliyev və fəal gənclər iştirak edib.
Təlimdə bir çox mövzulara toxunulub:
*Sosial media anlayışı nə deməkdir?
*Biz sosial mediadan nə öyrənirik.
*Bugünkü gündə biz sosial media vasitələrindən düzgün istifadə edirikmi?
*Post müharibə dövrü informasiya müharibəsində sosial media bizim uğur qazanmağımızda nə kimi əhəmiyyəti oldu?
*Sosial mediada bloqçuluq anlayışı.
*Bloger kimlərə deyilir?
*Biz bloger ola bilərikmi?
*Sosial medianın dünəni , bugünü və sabahı.
Gənclərin sualları təlimçi tərəfindən cavablandırılıb və müəyyən tövsiyyələr verilib.
Sonda tədbir iştirakçılarına sertifikat təqdim olunub və xatirə şəkli çəkilib.
Qeyd edək ki, tədbirdə 35 nəfər iştirak edib.