“Heydər Əliyev İli”nə həsr olunmuş 8-ci sinif şagirdləri arasında minifutbol üzrə Binəqədi rayon turniri keçirilib.

Dekabrın 22-də Xocahəsən qəsəbəsinin “Sağlam məhəllə” idman zonasında “Heydər Əliyev İli”nə həsr olunmuş 8-ci sinif şagirdləri arasında minifutbol üzrə Binəqədi rayon turniri keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Bakı Atıcılıq Mərkəzinin dəstəyi ilə keçirilən turnirdə 8 məktəbdən ümumilikdə 96 oğlan idmançı mübarizə aparıb. Turnirin nəticələrinə görə 284 nömrəli tam orta məktəbin komandası I yeri, 217 nömrəli tam orta məktəbin komandası II yeri, 103 nömrəli tam orta məktəbin komandası III yeri tutublar.
Qaliblərin mükafatlandırılması mərasimində BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev və Binəqədi Rayon İcra Hakimiyyətinin Xocahəsən qəsəbəsi üzrə icra nümayəndəsi Teyyub Abdullayev iştirak edib.