“Sağlam vərdişlər” layihəsinin növbəti təlimi Suraxanı Gənclər Evində Suraxanı gənclərinə keçirilib.
22 dekabr tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə icra edilən “Sağlam vərdişlər” layihəsinin növbəti təlimi Suraxanı Gənclər Evində Suraxanı gənclərinə keçirilib.
BŞGİİ-nin əməkdaşı, təlimçi Aytən Natiqli şagirdlərə sağlam həyat tərzinin müxtəlif aspektlərini əhatə edən mövzular haqqında məlumat verib.
Diskusiya şəklində keçən təlimdə, məktəblilr şəxsi resursları inkişaf etdirərək stresdən yayınmaq, mənfi stressi və onun simptomlarını tanımaq, stressə uzun müddətli nəzarət etmək üçün tarazlı həyat tərzini inkişaf etdirmək, effektiv istirahət etmə və stress azaldılması üsullarından istifadə etmək yollarını öyrəniblər.