Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pirallahı rayonu üzrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
Dekabrın 21-də Pirallahı rayon Gənclər Mərkəzində keçirilən oyunun məqsədi şagirdlərin intellektual səviyyələrinin yüksəldilməsi və dünyagörüşünün formalaşdırılması, habelə vətənə məhəbbət hissinin və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində tərbiyə olunmasından ibarət olub.
İntellektual oyunda BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, sektorun baş məsləhətçisi Səkinə Məmmədova və qonaq qismində Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Oyunun nəticələrinə əsasən birinci yerə 235 nömrəli tam orta məktəb, ikinci yerə 168 nömrəli tam orta məktəb və üçüncü yerə isə 243 nömrəli tam orta məktəbin komandaları layiq görülüblər.
Qaliblər isə Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplomları, medalları və hədiyyələrlə, həmçinin Liv Bona Dea hospitalında ödənişsiz göz müayinəsi hədiyyə edilib.