Xətai rayonunda “Sənətin ən yaxşı bilicisi” kulinariya müsabiqəsi keçirilib.

19 dekabr tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Xətai rayonunda “Sənətin ən yaxşı bilicisi” kulinariya müsabiqəsi keçirilib. Müsabiqənin təşkilində məqsəd peşə təhsilinin təbliği və mətbəx mədəniyyətinin gənclər arasında təbliğ olunmasından ibarətdir.
Müsabiqədə Xətai rayon məktəbliləri və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Aşpaz ixtisası üzrə təhsil alan I kurs tələbələri iştirak edib.
Müsabiqədə soyuq qəlyanaltılar və “Nar salatı” hazırlanıb. Hazırlanan təamlar münsiflər heyəti olan Aşpazlar Gildiyasının üzvləri tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticəsinə əsasən:
I yer: 204 nömrəli tam orta məktəb
II yer: 86 nömrəli tam orta məktəb
III yer: 264 nömrəli tam orta məktəb seçilib.
Qaliblər və iştirakçılar diplom, təşəkkürnamə və hədiyyələrlə təltif olunub.