Heydər Əliyev ili çərçivəsində basketbol idman növü üzrə Suraxanı rayon turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman İdarəsi Heydər Əliyev ili çərçivəsində VIII-IX sinif şagirdləri (oğlanlar) arasında basketbol idman növü üzrə Suraxanı rayon turniri keçirilib.
Dekabrın 19-da 275 saylı tam orta məktəbdə keçirilən turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra isə iştirakçıların oyunlarına start verilib.
Gərgin mübarizə şəraitində keçən turnirdə 9 tam orta məktəb komandası olmaqla 80-ə yaxın məktəbli öz gücünü sınağa çəkib.
Yekun nəticələrinə əsasən:
I yeri: 275 nömrəli tam orta məktəb
II yeri: 290 nömrəli tam orta məktəb
III yeri: 279 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.
Qaliblərin mükafatlandırılması mərasimində isə BŞGİİ-nin Suraxanı rayonu üzrə gənclər və idman sektorunun müdiri Amil Bağırov, baş məsləhətçisi Rəşid Heydərov və 275 saylı tam orta məktəbin direktoru Elnur Hüseynov iştirak edib.
Qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.