Şağan Olimpiya İdman Kompleksində Cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatına yekun vurulub
6-7 oktyabr 2012-ci il tarixində Şağan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən keçirilən Cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatına yekun vurulub. İki gün davam edən, yarışıda Bakının klub və cəmiyyətlərindən 250 yaxın cüdoçu mübarizə aparıb. Kişilər arasında keçirilən yarışda -60 kq çəki dərəcəsində I yerə Xələfov Asim (KKT), -66 kq çəki dərəcəsində I yerə Seyidov Turan (Neftçi İSM), -73 kq çəki dərəcəsində I yerə Piriyev İsmayıl (Neftçi İSM), -81 kq çəki dərəcəsində I yerə Alıyev Həbib (DİN), -90 kq çəki dərəcəsində I yerə Dadaşov Firudin (Neftçi), -100 kq çəki dərəcəsində Məmmədov Sain (ATT), +100 kq çəki dərəcəsində I yerə Fatiyev Andrey (DİN), qadınlar arasında isə -52 kq çəki dərəcəsində I yerə Seyidi Turana (Neftçi), -57 kq çəki dərəcəsində I yerə Həsənxanova Fəridə (Neftçi), -63 kq çəki dərəcəsində I yerə Hüsüynova Şəhanə (Gömrük), -70 kq çəki dərəcəsində I yerə Ostorojnova İnna (Neftçi), -78 kq çəki dərəcəsində I yerə İskəndərli Leyla (Neftçi) layiq görülmüşlər. I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
[anything_slider title=”Şəkillər” column=”full-width” autoslide=”0″ slider_id=”108″/]