Şən və Hazırcavablar Klubu Liqasının növbəti mərhələsi keçirilib

          Rəşid Behbudov adına Mahnı Teatrında Şən və Hazırcavablar Klubunun “Yunior Liqa”sının növbəti mərhələsi keçirilib.

        Xatırladaq ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Şən Hazırcavablar Klubunun birgə təşkilatçılığı ilə 2019-cu mövsüm ili üçün 30-dan çox komandanın iştirakı ilə yarışlara start verilmişdir. Liqada 1/8 final mərhələsindən 1/4 final mərhələsinə 17 komanda vəsiqə qazanmışdır.

          Dünən keçirilmiş oyunun yekununa görə münsiflər heyətinin qərarına əsasən 12 komanda yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.

                 Qeyd edək ki, yarımfinal mərhələsi cari ilin aprel ayında keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir