10 YAŞADƏK OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİKLƏRİ BAŞA ÇATDI

               Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2009 – 2010-cu il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birincilikləri başa çatmışdır. Yarışda 3 №-li RİOEUGİŞM, 4 №-li İOEUGİŞM, HİRŞDK, “Ağ At” ŞK, “Ağ Top” ŞK, Şahklub ŞK, Elif TM, Vəzir ŞK, Şağan OİK, Xəzər Universitetinin ŞA, Lead education, Menar Əhmədli TM, “Elfim” ŞM, Neftçi İK İB, VHŞA, Suraxanı GE və Respublika Şahmat Klubunu təmsil edən
64 nəfər idmançı (onlardan 27 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar 9 turdan ibarət İsveçrə sistemı üzrə keçirilmişdir.
Oğlanlar arasında yarışda I yeri 8,0 xalla Davudov Tunar (3 №-li RİOEUGİŞM), II yeri 7,5 xalla Süleymanlı İsmayıl (3 №-li RİOEUGİŞM), III yeri 6,5 xalla İsbatov Kənan (“Ağ At” ŞK), qızlar arasında yarışda I yeri 8,5 xalla Abaszadə Suada, II yeri 8,0 xalla Abbasova Zərifə, III yeri 7,5 xalla Hüseynli Ayan (Vəzir ŞK) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6,0 xalla (əmsal 32,0) tutmuş Kərimov Nihad (VHŞA), qızlar arasında IV yeri 6,0 xalla tutmuş Əziz Fərəh (Elif TM) və V yeri 5,5 xalla tutmuş Əmirova Zərifə (“Ağ At” ŞK) də bu ilin 14 may tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Yarışda Qədirli Ömər (3 №-li RİOEUGİŞM) 5,5 xal və Mirzəyev Emil (3 №-li RİOEUGİŞM) 5,0 xal toplayaraq birinci dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və baş hakim, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir