Tələbələr arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.

         Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov rayon Gənclər və İdman İdarəsiniin birgə təşkilatçılığı ilə  Novruz bayramına həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Yarışda 16 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə Bakı Dövlət Universiteti,  II yerə Azərbaycan Texniki Universiteti, III yerə Azərbaycan Universitetinin komandası layiq görülmüşdür. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

         Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir