İnternat məktəbində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub.

    Novruz bayramı münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfindən Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub.

    Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov uşaqları salamlamış, onlara öz yaradıcılığnda və gələcək həyatlarında uğurlar arzulamışdır.

        Rəsm müsabiqəsindən sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Rəsm müsabiqəsinin iştirakşıları idarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkili çəkdirblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir