Pauerliftinq, bencpress və deadliftinq üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı ilə AAAF Park Zirvə BİK-da  pauerliftinq,  bencpress və deadliftinq üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

            Yarışın açılış mərasimində Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Pauerliftinq Federasiyalarının vitse-prezidenti Azər Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev,  Zirvə Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov və vitse-prezidenti Ruslan Xanverdiyev iştirak etmişlər.

            Nəticələrə görə bencpress üzrə 52 kq çəki dərəcəsində Xəyal Xəlilov, 56 kq çəki dərəcəsində Vüqar Həmidli, 60 kq çəki dərəcəsində Səbuhi Şərifov, 67,5 kq çəki dərəcəsində Mahir Sərkərli, 75 kq çəki dərəcəsində Əli Əliyev, 82,5 kq çəki dərəcəsində Əli Əsgərov, 90 kq çəki dərəcəsində Seymur Əsgərov, 100 kq çəki dərəcəsində Bəhlul Ağayev, 110 kq çəki dərəcəsində Taleh Gülməmmədov, 125 kq çəki dərəcəsində Mamed Abdullayev, 140 kq çəki dərəcəsində Eynulla Baxşəliyev, +140 kq çəki dərəcəsində Fuad Süleymanov, poverliftinq üzrə üzrə 52 kq çəki dərəcəsində Xəyal Xəlilov, 56 kq çəki dərəcəsində Elmar Alıyev, 60 kq çəki dərəcəsində Elmir Tanrıverdiyev, 67 kq çəki dərəcəsində Rəşad Əliyev, 75 kq çəki dərəcəsində Nurlan Cəbrayılzadə, 82,5 kq çəki dərəcəsində Nihad Quliyev, 90 kq çəki dərəcəsində Kamran Lazımov, 100 kq çəki dərəcəsində Ramil Əhmədov, 110 kq çəki dərəcəsində Elmir Niftəliyev, 125 kq çəki dərəcəsində Razim Hüseynov, 140 kq çəki dərəcəsində Teymur Əhədov, +140 kq çəki dərəcəsində Fuad Süleymanov, deadliftinq üzrə 52 kq çəki dərəcəsində Faiq Məmmədov, 56 kq çəki dərəcəsində Elmar Alıyev, 60 kq çəki dərəcəsində Elmir Tanrıverdiyev, 67,5 kq çəki dərəcəsində Mahir Sərkərli, 75 kq çəki dərəcəsində Yusif Nəsirov, 82,5 kq çəki dərəcəsində Pərviz Məmmədov, 90 kq çəki dərəcəsində Kamran Lazımov, 100 kq çəki dərəcəsində Nicat Hüseynov, 110 kq çəki dərəcəsində Elçin Məmmədov, 125 kq çəki dərəcəsində Nicat Xosrovzadə, 140 kq çəki dərəcəsində Teymur Əhədov, +140 kq çəki dərəcəsində Xəyal İsgəndərov I yerlərə layiq görülmüşlər.

              I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir