Bakı Kubokunun qalibləri müəyyənləşib

           Şosse velosipedinin fərdi ötüşmələr növü üzrə Bakı Şəhər Kuboku uğrunda yarış keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

     15 yaşadək qızların mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Radxa Şabanova ən yaxşı göstərib. Bu yaş kateqoriyasında oğlanlar arasında 7 saylı Olimpiya Velosiped Məktəbindən Əli Xabayev 1-ci yeri tutub. Adı çəkilən məktəbin digər təmsilçisi Viktoriya Sidorenko 17 yaşadək qızlar arasında digər rəqiblərini qabaqlayıb. 17 yaşadək oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

      Gənc qız və oğlanlar arasında da Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri fərqlənib – Elfanə Camalova və Nəcəf Bağırov ən yaxşı göstərici ilə çempionluq sevinci yaşayıb. İlk 3 yeri tutmuş idmançılar Baş idarə tərəfindən  diplom və xatirə hədiyyələri ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir