ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİKLƏRİ BAŞA ÇATDI

           Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı (8 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birincilikləri başa çatmışdır. Yarışda 3 №-li RİOEUGİŞM, 4 №-li İOEUGİŞM, 11 №-li UGİM, HİRŞDK, “Ağ At” ŞK, “Ağ Top” ŞK, Şahklub ŞK, Elif TM, Vəzir ŞK, “Elfim” ŞM, VHŞA, Xırdalan ŞM və Respublika Şahmat Klubunu təmsil edən 68 nəfər idmançı (onlardan 29 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 8,5 xalla Əlizadə Paşam (Xəzər ŞA), II yeri 7,5 xalla Bayramlı Rəfael, III yeri 7,0 xalla Əhməd Xaqan (Ağ Top ŞK), qızlar arasında I yeri 9,0 xalla Hüseynova Dinara (HİRŞDK), II yeri 8,0 xalla Vəliyeva Əsnad, III yeri 7,0 xalla Məmmədova Zeynəb (Xırdalan ŞM) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6,5 xalla tutmuş Əlihümmətov Rəvan (Şahklub ŞK), V yeri 6,0 xalla (əmsal 30,0) tutmuş Hidayətzadə Yusif (3 №-li RİOEUGİŞM), VI yeri 6,0 xalla (əmsal 26,0) tutmuş Maqsudsoy Cəmaləddin (4 №-li İOEUGİŞM), həmçinin qızlar arasında IV yeri 6,0 xalla tutmuş Nurəhmədli Aylin (Ağ At ŞK), V yeri 5,5 xalla (əmsal 31,5) tutmuş İsmayılova Səlbinaz (3 №-li RİOEUGİŞM) və VI yeri 5,5 xalla (əmsal 29,0) tutmuş Nağı Məryəm (4 №-li İOEUGİŞM) də bu ilin 14 may tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Eyni zamanda oğlanlar arasında keçirilən yarışda Hidayətzadə Yusif (3 №-li RİOEUGİŞM) 6,0 xal, Qaraxanov Şəmsi (RŞK) 5,5 xal toplayaraq və Hüseynov Əhməd (Vəzir ŞK) 5,5 xal toplayaraq II (ikinci) dərəcə normasını, qızlar arasında keçirilən yarışda Məmmədova Zeynəb (Xırdalan ŞM) 7,0 xal toplayaraq II (ikinci) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir