Atletika üzrə Bakı şəhər zona yarışı keçirilmişdir

      Məktəblər arasında atletika üzrə oğlanlar və qızlardan ibarət respublika çempionatının Bakı şəhər zona yarışı keçirilmişdir. Bakı Olimpiya  Mərkəzində  keçirilən oyunlarda Şuşa, Zəngilan və Bakının 12 rayonunun 14 məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Nizami  rayonu251 nömrəli tam orta məktəbin komandası, II yeri Nərimanov rayonu S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının komandası, III yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası tutub.

      Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Qalib komandalara müvafiq dərəcəli diplomlar təqdim olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir