İdman rəqsləri üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

           Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 12 saylı tam orta məktəbdə idman rəqsləri üzrə  Bakı şəhər birinciliyi   keçirilmişdir.  Birincilikdə   “Azeri İnciləri”, “Çinar”, “İmpuls”, “Olimp”,  Rovesnik”,  “Aypara” idman rəqs təşkilatlarını təmsil edən 32 idmançı 3 yaş qrupunda 6 yarış proqram üzrə  mübarizə aparmışdır. Yekun nəticələrə əsasən uşaqlar-1 yaş qrupunda I yerə Vasiliy Lebedev və Sofiya Şefçenko, uşaqlar-2 yaş qrupunda I yerə Amir Mirsadıx və Ayşə Atakişiyeva, yeniyetmələr arasında isə I yerə Qaflan Abbasov və Anastasiya Kşinyakina  layiq görülmüşlər.

                   Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırlmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir