Motokross üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

           Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümid Avtomobil Klubunun meydançasında gənclər arasında 125 smhəcmli motosikletlərdə motokross üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda MİF-nı təmsil edən 23 nəfər idmançı iştirak etmişdir. Yarışın yekun nəticələrinə əsasən I yerə Valeriya Turin , II yerə Ruslan Turin, III yerə Aleksandr  Qorişev layiq görülmüşlər. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir