Bakı şəhər 20 saylı məktəb-liseyin bir qrup müəllim və şagird heyəti Naxçıvanda ekskursiyada olublar

                  Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə Yasamal rayon 20 saylı məktəb – liseyin böyük nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının 95 illiyi və Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı nümayəndə heyəti silsilə tədbirlərdə iştirak üçün Muxtar Respublikaya ezam edilib.  Tədbir zamanı ilk olaraq təyyarə havada olarkən salonda flaşmob keçirilib. Məktəblilər Səməd Vurğunun “Azərbaycan” şeiri ilə flashmobla Ümummilli lider Heydər Əliyevə və Onun həyat və fəaliyyətinə sevgisini ifadə ediblər.

                  Ekskursiya çərçivəsində məktəblilər əvvəlcə Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Burda məktəblilərə mərkəzin fəaliyyəti haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, mərkəz həm ölkəmizdə həm də bütün dünyada yuxarı tənəffüs yolları xəstəliyindən əziyyət çəkənlərə sağlamlığına qovuşmasında mühüm rol oynayır. Məktəblilər mərkəzdə yaradılan şəraitlə və palatalarla yaxından tanış oldular.

                 Sonra tədbir iştirakçıları  Dövlət Bayrağı  Muzeyində olublar. Muzeylə tanışlıq zamanı məlumat verilib ki, muzeyin ekspozisyasında tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları və inzibatı xəritələri sərgilənir. Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitutsiyaları, qədim pul nişanları məktəblilərdə böyük maraq doğurub.

              Daha sonra Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri  Azad Cabbarov məktəblilərlə görüşüblər. Görüş zamanı Gənclər və İdman naziri Azad Cabbarov və Təhsil naziri Rəhman Məmmədov gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Ölkəmizdə dövlət gənclər siaysətinin icrası məqsədi ilə bir çox mühüm işlərin görüldüyünü, gənclərin fiziki və mənəvi cəhətdən sağlam, elmli olmaları üçün vacib addımların atıldığını söyləyiblər. Qeyd olunub ki, hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalıdır. Sonra məktəblilərə Naxçıvan məhsullarından ibarət hədiyyələr təqdim olunub. Məktəblilər “Görüş yeri” kafesində milli mətbəximizin ləziz təamları ilə nahar ediblər.

                 Məktəblilər günün ikinci yarısında Heydər Əliyev Muzeyində olublar. Məlumat verilib ki, muzeyin fondunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar toplanıb. Muzey dahi rəhbərin həyat yolunun öyrənilməsi, araşdırılması, eləcədə də gənc nəslə təbliğində müstəsna rol oynayır. Vurğulanıb ki, muzeydə yüksək səviyyəli tədbirlər, eyni zamanda mütəmadi açıq və interaktiv dərslər keçirilir. Məktəblilər dahi şəxsiyyətin gənclərlə görüşü zamanı çəkilən fotoşəkillərə, o cümlədən həyatının müxtəlif məqamlarını əks etdirən sənədlərə maraqla baxırdılar. Ulu Öndərin gənclik illərində təhsildə əldə etdiyi uğurları əks etdirən eksponatlar diqqəti daha çox cəlb edib.

                Məktəblilərin növbəti dayanacağı Möminə Xatun türbəsi olub. Məlumat verilib ki, Əcəmi memarlıq məktəbinin şah əsəri orta əsrlər Azərbaycan intibahının yadigarı olan türbə 1186-cı ildə tikilib. Nəinki, Azəbaycan bütövlükdə islam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatun yeraltı sərdabə və yerüstü hissələrdən ibarətdir. Məktəblilər Möminə Xatun türbəsini heyranlıqla izləyiblər.

                     Məktəblilər Şahmat Mərkəzi ilə də tanış olublar. Məlumat verilib ki, mərkəzdə may ayının 1-dən Naxçıvan – 2019 beynəlxalq şahmat festivalı keçirilir.

                      Sonra məktəblilər Naxçıvan şəhərindəki açıq səma altında yerləşən Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər. Burda nümayış olunan müxtəlif dövrlərə aid silah, texnika və qurğular, hava hücumundan müdafiə sistemləri eləcə də hərbi təyinatlı avtomobillər məktəblilərin diqqətini çəkib.

                   Sonra Naxçıvan Dovlət Universitetinə gedən məktəblilər universitetin tanıtım çarxını izləyib ali təhsil ocağının fakültələri ilə yaxından tanış olublar.

                 Ekskursiya çərçivəsində məktəblilər Naxçıvan Biznes Mərkəzi ilə də tanış olublar. Məlumat verilib ki, burda yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri eyni zamanda Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş  etdirilir.

                         Qeyd edək ki, məktəblilərin Naxçıvan Muxtar Respublikasına səfərı günün sonunda başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir